“Sabah aqressiv oynayacağıq” -  

“Sabah aqressiv oynayacağıq” -  "Olimpiakos"un futbolçusu 

Hazırda oxunan: “Sabah aqressiv oynayacağıq” -  "Olimpiakos"un futbolçusu 

98972

"Təəssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq". 

Bizim.Media xəbər verir ki, bu sözləri Yunanıstan "Olimpiakos"unun futbolçusu Usseynu Ba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda  Bakıda "Qarabağ"a qarşı oyunundan əvvəl mətbuat konfransında deyib. 

"İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq" - deyə o bildirib. 

U.Ba sabah fərqli atmosfer olacağını vurğulayıb: "Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO