Tanınmış ispaniyalı qapıçı İker Kasilyas qeyri-ənənəvi cinsi oriyentasiyasını etiraf edib.
Bizim.Media xəbər verir ki, Kasilyas sosial şəbəkədə "Ümid edirəm ki, mənə hörmət edəsiniz, mən geyəm" sözlərini yazıb.
Onun keçmiş komanda yoldaşı, "Barselona"nın müdafiəçisi Karles Puyol bu tvitə belə cavab verib: "Hekayəmizi danışmağın vaxtıdır, İker”.
İker Kasilyas əsasən “Real Madrid” klubunda oynayıb. İspan futbolçu futbol tarixinin ən yaxşı qapıçılarından biri hesab olunur. O, karyerasının son illərini "Porto"da keçirib. İker ürəyində yaranan problemə görə əlcəklərini erkən asmalı olub.
İker Kasilyas İspaniya millisində 167 oyun keçirib. Onlardan 102-də qapısından qol buraxmayıb.
Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 20 mart 2016-cı ildə onlar ailə qurublar. Cütlüyün iki oğlu var: Martin (2014) və Lukas (2016). 12 mart 2021-ci ildə cütlük 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:49 / 09.10.2022
İspaniyalı qapıçı gey olduğunu etiraf etdi - FOTO
Hazırda oxunan: İspaniyalı qapıçı gey olduğunu etiraf etdi - FOTO
Hazırda oxunan: İspaniyalı qapıçı gey olduğunu etiraf etdi - FOTO
98273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.