Kikboksçularımız Rusiyada dünya kubokuna sahib olublar

Kikboksçularımız Rusiyada dünya kubokuna sahib olublar

Hazırda oxunan: Kikboksçularımız Rusiyada dünya kubokuna sahib olublar

97743
Azərbaycan kikboksçuları Rusiyanın Anapa şəhərində keçirilən dünya kubokunda uğurlu nəticələr əldə ediblər.

Bu barədə Moderator.az -a gənc və yeniyetmə kikboksçulardan ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov məlumat verib.

Fəxri kürsünün ən yüksək pilləsinə Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi 51 kq) və Ramiz Məmmədov (57 kq) qalxıblar. Dünya kubokunun gümüş mükafatlarına Alim Qasımov (67 kq), Tapdıq Yusifov (86 kq), Orxan Məlikov və Vüqar Cavadov (hər ikisi 91 kq) layiq görülüblər. Bürünc medalla isə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Şikar Bədəlov təltif olunub.

Həmçinin “WAKO PRO”x9d peşəkar döyüşdə Azərbaycan döyüşçüsü Ramiz Məmmədov (57 kq) Rusiya təmsilçisi Buvaysar Pasxayev üzərində qələbə qazanıb. Təmsilçimiz bu qələbə ilə “WAKO PRO”x9d peşəkar turnirində aktivinə bir xal yazdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO