"Olimpiakos"un futbolçusu Hvan İy Co Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a qarşı oynaya biləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan təmsilçisinin baş məşqçisi Xose Miçel bildirib. O, oyundan əvvəl təşkil olunan mətbuat konfransında 30 yaşlı hücumçunun zədəsini tam sağaltdığını deyib.
Çalışdırıcı vurğulayıb ki, Hvan İy Co sabahkı qarşılaşmada forma geyinəcək.
Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:00 / 05.10.2022
Bu futbolçu "Qarabağ"a qarşı oynaya biləcək
Hazırda oxunan: Bu futbolçu "Qarabağ"a qarşı oynaya biləcək
Hazırda oxunan: Bu futbolçu "Qarabağ"a qarşı oynaya biləcək
97623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.