“Qarabağ”x9d yeni stadionunda ilk xalını qazandı -  VİDEO

“Qarabağ”x9d yeni stadionunda ilk xalını qazandı - VİDEO

Hazırda oxunan: “Qarabağ”x9d yeni stadionunda ilk xalını qazandı - VİDEO

97585
Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən son dəqiqələrdə xilas olublar.

Topaz Premyer Liqasının 6-cı turunun növbəti 2 oyunu keçirilib.

Turun mərkəzi qarşılaşmasında “Qarabağ”x9d yeni stadionunda “Neftçi”x9dni qəbul edib. 

Gərgin və maraqlı keçən qarşılaşmada komandalar hərəyə bir dəfə fərqləniblər. Hesabı oyunun 61-ci dəqiqəsində qonaqlar açıb. Flaqmanın heyətində Erik Ramos fərqlənib.

“Qarabağ”x9dı məğlubiyyətdən hakimin əlavə etdiyi dəqiqələrdə Riçard Almeyda qurtarıb. Braziliyalı yarımmüdafiəçi 11-metrlik zərbəni dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib.


Turun digər oyununda birinciliyin aşkar autsayderi AZAL “Sumqayıt”x9dın qonağı olub. Bu oyun da 1:1 hesablı bərabərliklə bitib. 61-ci dəqiqədə Ağabala Ramazanovun qoluna AZAL hakimin əlavə dəqiqələrdə Quruli ilə cavab verib. 

Qeyd edək ki, bu AZAL-ın mövsümdə vurduğu ilk qoldur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO