Mahir Emreli növbəti dəfə zədələndi

Mahir Emreli növbəti dəfə zədələndi

Hazırda oxunan: Mahir Emreli növbəti dəfə zədələndi

97162

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli növbəti dəfə zədələnib.

Bizim.Media xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə "Slaven"ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.

O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.

Qeyd edək ki, Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO