AFFA-nın De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu

AFFA-nın De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu

Hazırda oxunan: AFFA-nın De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli oldu

97152

Yığmamızın baş məşqçisi Canni De Byazinin Azərbaycan millisindəki taleyinə oktyabrın 4-də aydınlıq gələcək. 

Bizim.Media xəbər verir ki, sabah AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası olacaq. Bu barədə AFFA-nın saytı məlumat yayıb. 

İcraiyyə Komitəsi saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq. 

Bundan əlavə, iclasda aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarlar, lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi, Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklər, Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO