"Qarabağ"la oyunu buraxacaq - "Olimpiakos"da ciddi itki 

Hazırda oxunan: "Qarabağ"la oyunu buraxacaq - "Olimpiakos"da ciddi itki 

97075

"Olimpiakos"un hücumçusu Yussef El-Arabi "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk oyununu buraxmalı olacaq.

Bizim.Media xəbər verir ki,bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Mərakeş millisinin 35 yaşlı hücumşusu dünən "Atromitos"a qarşı keçirilən superliqanın 6-cl turunun oyununun (2:0) 46-cı dəqiqəsində məcburi əvəzlənməli olub.

Təcrübəli futbolçunun durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək. Lakin onun "Qarabağ"la oktyabrın 6-da keçiriləcək oyunu buraxacağı bildirilir.

El-Arabi bu mövsüm "Olimpiakos"la bütün turnirlərdəm 13 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini edib.

Bu, "Olimpiakos"un ikinci hücumçu itkisi deməkdir. Bundan öncə Xvan Iy Co Koreya millisinin düşərgəsində zədə alıb. Onun "Qarabağ"la bu həftə Yunanıstanda  keçiriləcək görüşdə iştirakı sual altındadır.
Yunanıstan mətbuatı bildirir ki, Co oyuna qədər hazır olmasa, onu Ağdam klubu ilə matçda Mavritaniya millisinin hücumçusu Abubakar Kamara əvəzləyəcək.

"Olimpiakos"un baş məşqçisi Miçel dünənki oyundan sonra keçirilən mətbuat konfrasında bildirib ki, El-Arabi fasilə zamanı ondan əvəzlənməsini xahiş edib:

"Onun problemləri vardı və matçı davam etdirə bilmirdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO