Qətərdə DÇ-2022-yə sayılı günlər qalmış daha bir sağlamlıq tədbiri ilə əlqədar tələbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, mundialı canlı izləyəmək istəyən əcnəbi azarkeşlərdən ölkəyə giriş üçün son 48 saat ərzində götürülmüş koronavirusla bağlı mənfi test nəticəsi təqdim etməli olacaqlar.
Azarkeşlər səfərdən öncə "Ehteraz" adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir. Lakin bildirilir ki, bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Görüşlər 5 şəhərdəki 8 stadionda oynanılacaq. Mundialın açılış matçında A qrupunda Qətər Ekvadorla üz-üzə gələcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:54 / 29.09.2022
DÇ-2022-yə görə daha bir tələb
Hazırda oxunan: DÇ-2022-yə görə daha bir tələb
Hazırda oxunan: DÇ-2022-yə görə daha bir tələb
96572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.