Amerikalı mütəxəssislər Azərbaycan güləşçilərinə master-klas keçib

Amerikalı mütəxəssislər Azərbaycan güləşçilərinə master-klas keçib

Hazırda oxunan: Amerikalı mütəxəssislər Azərbaycan güləşçilərinə master-klas keçib

96359

Azərbaycanda səfərdə olan ABŞ-ın sərbəst güləş üzrə ikiqat olimpiya, dördqat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının ikiqat bürünc medalçısı Seli Roberts Olimpiya Güləş Mərkəzində milli komandalarla tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) məlumatında bildirilib.

Məlumata görə, qonaqlar yeniyetmə və gənc idmançılara master-klass keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.
AGF rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıb. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, amerikalı məşqçilər qarşıdakı 3 gündə Astara və Gəncədə yerli güləşçilərə master-klass keçəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO