Moldova yığmasının baş məşqçisi Azərbaycan millisini \

Moldova yığmasının baş məşqçisi Azərbaycan millisini \"ölü\" komanda adlandırdı

Hazırda oxunan: Moldova yığmasının baş məşqçisi Azərbaycan millisini \"ölü\" komanda adlandırdı

96080

Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Qazaxıstan, Slovakiya və Azərbaycan millilərini "ölü" komanda adlandırıb.

Bizim.Media xəbər verir ki, bu Moldova mətbuatına müsahibəsində C Liqasının 3-cü qrupunda Qazaxıstanın 1-ci olmağı ilə bağlı  danışarkən deyib:

"Qazaxıstan yığma komandasının yerində olmamağımız üçün heyfslənmirik. Hərdən "dostlar"ın mənə "ölü" Qazaxıstanı da məğlub edə bilmədin" deməsi xoşuma gəlmir.

Halbuki biz qazaxları bir oyunda məğlub etdik. Sadəcə olaraq, iki görüşün ümumi hesabına görə irəliləyən tərəf onlar oldu. Amma həmin Qazaxıstanın “ölü” heyəti Slovakiya və Azərbaycanın “ölü” komandalarını üstələyərək qrupda birinci yeri tutdu.

Biz də hamı üçün “ölü” olacağıq, lakin eyni zamanda, yavaş-yavaş güclənəcəyik və qalib gələrək irəli gedəcəyik".

Xatırladaq ki, Moldova yığması Millətlər Liqasının C divizionunda oynamağa yaxın olsa da, Qazaxıstanla pley-off mərhələsi oyunlarında məğlub olaraq D divizionunda çıxış etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO