“Neftçi”nin baş məşqçisi arvadı ilə əlbəyaxa oldu - VİDEO

“Neftçi”nin baş məşqçisi arvadı ilə əlbəyaxa oldu - VİDEO

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi arvadı ilə əlbəyaxa oldu - VİDEO

95678

Milli komandalara görə yaranan fasilədən istifadə edərək ölkəsi Rumıniyaya yollanan “Neftçi”nin baş məşqçisi Laurentsiu Reghekampfın başına iş gəlib. O, keçmiş həyat yoldaşı Ana Maria Prodanla aralarında yaranan problemə görə polisə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Reghekampf içkili halda keçmiş həyat yoldaşı ilə mübahisə edib. Daha sonra Ana Maria Prodanın şikayətindən sonra o, polis bölməsinə aparılıb. 5 saat bölmədə qalan Laurentsiu cərimə olunduqdan sonra sərbəst buraxılıb.

Prodan isə yenidən Reghekampfdan uşaqlarını döydüyü iddiası ilə şikayət verib.

Rumıniya mətbuatına cütlüyün küçədə əlbəyaxa dava etməsi ilə bağlı görüntüləri yayılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO