Millimiz Slovakiyada QƏLƏBƏ QAZANDI - VİDEO

Millimiz Slovakiyada QƏLƏBƏ QAZANDI - VİDEO

Hazırda oxunan: Millimiz Slovakiyada QƏLƏBƏ QAZANDI - VİDEO

95326

Xəbər verdiyimiz kimi Trnava şəhərindəki Anton Malatinski stadionunda UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı keçirilib.  

Bizim.Media-nın məlumatına görə Matçın əlavə 5-ci dəqiqəsində (90+5) millimizin müdafiəçisi Höcət Haqverdiyev  rəqib komandanın qapısına qol vurub.  

Slovakiya- Azərbaycan matçı  millimizin 1-2 hesablı üstünlüyü ilə yekunlaşıb.

***

Xəbər verdiyimiz kimi bu dəqiqələrdə Trnava şəhərindəki Anton Malatinski stadionunda UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı keçirilir. 

Bizim.Media-nın məlumatına görə Matçın 45-ci dəqiqəsində millimizin hücumçusu Renat Dadaşov rəqib komandanın qapısına qol vurub. 

Matçın ilk hissəsi Azərbaycan millisinin 0-1 üstünlüyü ilə yekunlaşıb. 

*** 23.00

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb. 

Bizim.Media xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.  

Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO