Milan Şkrinyar: \

Milan Şkrinyar: \"Azərbaycanla oyunda taktiki gedişlər bizə lazım ola bilər\"

Hazırda oxunan: Milan Şkrinyar: \"Azərbaycanla oyunda taktiki gedişlər bizə lazım ola bilər\"

95112

"Məşqçi bizim hərəkətli olmağı, çox qaçmağı tapşırıb. Bu, bəzi oyunçular üçün yenilikdir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Slovakiya millisinin futbolçusu Milan Şkrinyar sabah Millətlər Liqasının 5-ci turunda Azərbaycanla keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. O, görüş haqqında söyləyib: 

“Çox sayda taktiki gedişlərimiz var. Biz onların hamısının üzərində çalışmışıq. Çünki bütün bunlar bizə lazım ola bilər”. 

Şkrinyar millinin yeni baş məşqçisi Françesko Kalzona ilə anlaşa bildirklərini də deyib:

“Yeni məşqçi ilə anlaşmada problem yoxdur. Tərcüməçi kömək edir. Onun işi çox olanda biz – İtaliyada oynayan futbolçular tərcümədə futbolçulara yardımçı oluruq". 
Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO