Messi Ronaldonu geridə qoydu

Messi Ronaldonu geridə qoydu

Hazırda oxunan: Messi Ronaldonu geridə qoydu

94495

PSJ-nin futbolçusu Lionel Messi penaltilər istisna olmaqla 672-ci qolunu vurub. 

Bizim.Media "Champions League Stats"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna Liqa 1-in 8-ci turunda "Lion"la matçda (1:0) fərqlənib.

Nəticədə Messi penaltilər istisna olmaqla vurduğu qol sayına görə hazırda "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldonu geridə qoyub (671 matç).  

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir və daha bir mövsüm uzadılması mümkündür. Bu mövsüm argentinalı forvard PSJ-nin heyətində bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 7 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO