Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Qax rayonundan olan məşqçilər və cüdoçular ilə görüşüb.
Bizim.Media ACF-yə istinadən xəbər verir ki, görüş zamanı R.Nəbiyevə Qaxda 50 nəfərə yaxın gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu bildirilib.
Federasiya prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini çatdırıb.
R.Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Görüş zamanı ACF prezidenti regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb və müvafiq qərarlar verilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:37 / 12.09.2022
Rəşad Nəbiyev Qaxda cüdoçularla görüşdü - FOTO
Hazırda oxunan: Rəşad Nəbiyev Qaxda cüdoçularla görüşdü - FOTO
Hazırda oxunan: Rəşad Nəbiyev Qaxda cüdoçularla görüşdü - FOTO
93454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.