Zabit Səmədov:

Zabit Səmədov: "Kikboksdan sonra film sahəsində çalışacam" - ÖZƏL/FOTO

Hazırda oxunan: Zabit Səmədov: "Kikboksdan sonra film sahəsində çalışacam" - ÖZƏL/FOTO

92829

MIXFIGHT Çempionluq yarışında sentyabrın 10-da Antonio Silvaya qarşı son döyüşünü keçirəcək Azərbaycanlı kikboksçusu Zabit Səmədov bu gün Bizim.Media-nın suallarını cavablayıb.

O, son döyüşünü niyə məhz Silva ilə keçirmək istəməsi ilə bağlı bunları deyib:

"Mən 5 il bundan qabaq Silva ilə döyüşmək istəyirdim. Bununla bağlı onun menecerlərinə müraciət etmişdim. O, bir çox qələbələri ilə tanınan nüfuzlu döyüşçüdür və mən ona görə son döyüşüm üçün məhz onu seçdim".

Z.Səmədov idmanla vidalaşdıqdan sonra nə iş görəcəyi ilə bağlı bildirib ki, özünü film sahəsində sınayacaq:

"Bilirsiniz ki, mən "Kuruluş Osmanda" çəkildim və bu iş mənim üçün kifayət qədər uğurlu təcrübə oldu. Bundan sonra yeni film layihələri ilə qarşınıza çıxacam. Yaxın zamanda Azərbaycanda çəkimlərə başlayacağıq. Ümüd edirəm ki, bu sahədə də kifayət qədər uğurlu işlər ortaya qoya biləcəyik".
İdmanla niyə indi vidalaşması ilə bağlı Bizim.Media-nın sualına Zabit Səmədov belə cavab verib:

"Artıq 38 yaşım var. Düşünürəm ki, Zabit daha əvvəlki kimi deyil. Yaşıma görə idmanda xeyli uğurlar qazanmışam və 10 sentyabrda keçirəcəyim görüşlə peşəkar idman karyeramı yekunlaşdıracam".

Leyla Şah, Fərid Ağazadə Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO