Bu gün Bakı vaxtı ilə saat 23:00-da Almaniyanın “Europa-Park” Stadionunda “Qarabağ” Avroliqadakı ilk rəqibi “Frayburqla” qarşılaşacaq.
“Qarabağ” FK-nın mətbuat katibi Gündüz Abbaszadənin Bizim.Media-ya verdiyi məlumata əsasən Frayburqdakı stadionda Azərbaycan çempionu üçün 900 nəfərlik azərkeş tutumuna malik yer ayrılıb.
“Hazırkı məlumatıma görə, “Qarabağ”ın 500 azərkeşi Frayburqda komandamıza dəstək olmağa gələcək. Amma günün sonuna doğru bu say arta bilər. Həmçinin alman azərkeşlər tərəfindən də stadiona xeyli axın olacaq. Əldə etdiyimiz məlumata əsasən biletlərin ümumilikdə 90 faizi artıq satılıb”.
Çempionlar liqasına vəsiqəni son anda əldən verən “Qarabağ” FK-nın əsas heyyət oyunçularının motivasiyasına gəlincə isə Gündüz Abbaszadə bildirib ki, komandanın motivasiyası çox yüksəkdir.
“Hazırda bundesliqanın liderinə qarşı oynamağımız bizə əlavə bir güc verir. Komandada xüsusi bir ruh yüksəkliyi var. Çətin olduğu qədər də gərgin bir oyun olacaq. Qarabağ meydanda çox sürətli bir oyun sərgiləyəcək.
Həmçinin rəqibin bizi əks hücumda yaxalamağa çalışacağı üçün komandada müdafiə məsələləri də gücləndirilib. Bütün futbolsevərlərimizi “Qarabağ” FK-ya dəstək olmağa çağırıram”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
İdman
17:00 / 08.09.2022
Stadionda 500 AZƏRBAYCANLI - “Qarabağ” Almaniyada müdafiə olunacaq? - ÖZƏL
Hazırda oxunan: Stadionda 500 AZƏRBAYCANLI - “Qarabağ” Almaniyada müdafiə olunacaq? - ÖZƏL
Hazırda oxunan: Stadionda 500 AZƏRBAYCANLI - “Qarabağ” Almaniyada müdafiə olunacaq? - ÖZƏL
92774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.