Skoulz: “Mançester Yunayted” Özili transfer etməlidir”

Skoulz: “Mançester Yunayted” Özili transfer etməlidir”

Hazırda oxunan: Skoulz: “Mançester Yunayted” Özili transfer etməlidir”

91741
 

"Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz "BT Sport”da keçmiş komandasının Avropa Liqasında "Partizan”a qalib gəldiyi oyunu dəyərləndirib.

 

Sfera.az  xəbər verir ki, veteran futbolçu "Qırmızı şeytanlar”ın "Arsenal”ın yarımmüdafiəçisi Məsut Özili transfer etməli olduğunu deyib:

 

"Mançester Yunayted”ə komandanı hücumda daha yaxşı oynadacaq Məsut Özil kimi birinə ehtiyacı var. Özil xəttləri bir-birinə bağlayan səviyyəli oyunçudur. Karyerası bunun sübutudur. Özilin "Mançester Yunayted”ə faydası çox olar. Hazırda komandada onun kimi hücumameyilli futbolçu yoxdur. Qısa müddət oynaya bilər, ancaq "Mançester Yunayted”in ehtiyac duyduğu futbolçudur”.

 

31 yaşlı futbolçu bu mövsüm "Arsenal”ın heyətində Premyer Liqada bir oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO