"Qarabağ" bu gün "Kəpəz"i qəbul edəcək

Hazırda oxunan: "Qarabağ" bu gün "Kəpəz"i qəbul edəcək

91448

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb. 4 matçın hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu yerdədir.
 

Bölgə komandaları indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 67:54.

"Köhlən atlar" Premyer Liqadakı son 7 görüşün hamısında meydanı 3 xalla tərk edib. "Kəpəz" isə son 4 qarşılaşmada rəqibinə qol vura bilməyib.

Qeyd edək ki, turun "Şamaxı" - "Turan Tovuz" və "Neftçi" - "Sumqayıt" oyunları sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO