Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
Bizim.Media xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Görüşü türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Deyan Rogiçdən ibarət əsas hakimlər idarə edəcək. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.
AVRO-2023, seçmə mərhələ
D qrupu (qadınlar)
28 avqust
18:00. Azərbaycan - Avstriya
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)
Bakı, Voleybol Mərkəzi
GİRİŞ SƏRBƏSTDİR
İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Hər iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.
Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:00 / 28.08.2022
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək
Hazırda oxunan: AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək
Hazırda oxunan: AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək
90781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.