U-17 millimiz Bolqarıstanla qarşılaşacaq

U-17 millimiz Bolqarıstanla qarşılaşacaq

Hazırda oxunan: U-17 millimiz Bolqarıstanla qarşılaşacaq

90590

Azərbaycan U-17 millisi avqustun 28-dən sentyabrın 2-dək Bakıda, 2-dən 7-dək isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışında olacaq. 

Bizim.Media xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 4-də və 7-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı isə belədir:

Hüseynov Osman ("Riqa", Latviya), Məmmədzadə Sadiq, Zeynallı Raul ("Səbail"), Əliyev Nihad, Mikayılov Elton ("Qarabağ"), Qaracayev Ayxan, Allahverdiyev Məhəmməd, Ələkbərli Əşrəf, Məmmədli Sadiq (İUGOEM), Hüseynov Hüseyn, Bağırov Dinamin ("Turan Tovuz"), Orucov Nadir, Əhmədzadə Nihad ("Sumqayıt"), Tarverdiyev Əhməd, Cəfərli İlkin, Mirzəyev Teymur, Osmanov Niyazi ("Sabah"), Abdiyev Nurhan ("Zirə"), Bağırzadə Ceyhun ("Neftçi"), Zallı Səməd ("Şamaxı"), Həşumov Mehdi ("Qaradağ Lökbatan"), Budaqov İlkin ("Qəbələ").

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO