Konfrans Liqasında qrup mərhələsinin püşkü atılır

Konfrans Liqasında qrup mərhələsinin püşkü atılır

Hazırda oxunan: Konfrans Liqasında qrup mərhələsinin püşkü atılır

90505

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

32 komanda püşkatmadan öncə 4 səbətə bölünüb. 

1-ci səbət: "Vilyarreal" (İspaniya), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "AZ Alkmaar" (Niderland), "Gent", (Belçika), "Başakşehir" (Türkiyə), "Partizan" (Serbiya), "Vest Hem" (İngiltərə) 

2-ci səbət: ÇFR, "Styaua" (hər ikisi Rumıniya), "Molde" (Norveç), "Fiorentina" (İtaliya), "Köln" (Almaniya), "Hapoel" (Ber-Şeva, İsrail), "Apollon" (Limassol, Kipr), "Slovan" (Bratislava, Slovakiya) 

3-cü səbət: "Nitsa" (Fransa), "Anderlext" (Belçika) "Jalgiris" (Litva), "Austriya" (Vyana, Avstriya), "Harts" (Şotlandiya), "Şemrok Rovers" (İrlandiya), "Sivasspor" (Türkiyə), "Vaduts" (Lixtenşteyn) 

4-cü səbət: "Dnepr-1" (Ukrayna), "Lex" (Polşa) "Slovaçko" (Çexiya), "Silkeborq" (Danimarka), "Yurqorden" (İsveç), "Pünik" (Ermənistan), RFŞ (Latviya), "Balkani" (Kosovo) 

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO