“Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu - FOTO

“Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu - FOTO

Hazırda oxunan: “Shusha Chess 2022” turnirinin loqotipi təqdim olundu - FOTO

90258

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin loqosu təqdim olunub.

Bizim.Media xəbər verir ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi loqotipi müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib.

İntellektual idman yarışının əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa Qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb.
Loqotipdə Şuşa Qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub.

Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO