Avropa Liqasının qrup mərhələsində oynayacaq “Qarabağ” nə qədər qazanacaq?

Avropa Liqasının qrup mərhələsində oynayacaq “Qarabağ” nə qədər qazanacaq?

Hazırda oxunan: Avropa Liqasının qrup mərhələsində oynayacaq “Qarabağ” nə qədər qazanacaq?

90140

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu dünən gecə Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. Bununla belə komandamız Avropa Liqasının qrup mərhələsində öz çıxışını davam etdirəcək.

Bizim.Media xəbər verir ki, “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinə çıxmaqla büdcəsini xeyli zənginləşdirib. Belə ki, Ağdam təmsilçiləri qrup mərhələsinə çıxdığı üçün UEFA-dan 4.1 milyon avro alacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov: “Futbol səhvlər üzərində qurulub”


Ümumilikdə isə komandamız ÇL-nin pley-off və AL-nin qrup mərhələsini təmin etdiyi üçün 9,11 milyon avro qazanıb. 

Təmsilçimizin gəlirləri bununla bitmir.  “Qarabağ” Bakıda keçirdiyi 4 oyunda (“Lex”, “Sürix”, “Ferentsvaroş” və “Viktoriya” ilə oyunları) bilet satışından 2.5 milyon manatdan çox gəlir əldə edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO