"Yunayted"in 80 milyon avroluq təklifi rədd edildi

Hazırda oxunan: "Yunayted"in 80 milyon avroluq təklifi rədd edildi

89448

"Ayaks" futbolçusu Entoni üçün "Mançester Yunayted"dən gələn təklif rədd edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.  

Premyer Liqa təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə görə 80 milyon avro təklif etsə də, rədd cavabı alıb. Niderland klubu oyunçunu buraxmaq niyyətində deyil.  

"Mançester Yunayted" isə braziliyalı üçün 80 milyon avrodan daha çox məbləğdə təklif göndərməyəcək.  

Qeyd edək ki, Entoni 2020-ci ildən "Ayaks"da oynayır. O, bu müddət ərzində 82 oyunda 24 qol vurub və 22 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO