Azərbaycanın daha 2 karateçisi İslamiadada finala yüksəldi

Azərbaycanın daha 2 karateçisi İslamiadada finala yüksəldi

Hazırda oxunan: Azərbaycanın daha 2 karateçisi İslamiadada finala yüksəldi

89295

Azərbaycanın daha iki karateçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 84 kq-dakı Pənah Abdullayev və 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib. 

İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Azərbaycan karateçisi İrina Zaretska da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. O, 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO