Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.
Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.
Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:08 / 17.08.2022
İSLAMİADA: Azərbaycan 25-ci qızıl medalı QAZANDI
Hazırda oxunan: İSLAMİADA: Azərbaycan 25-ci qızıl medalı QAZANDI
Hazırda oxunan: İSLAMİADA: Azərbaycan 25-ci qızıl medalı QAZANDI
89119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.