Elmar Qasımov İslamiadada finala yüksəldi

Elmar Qasımov İslamiadada finala yüksəldi

Hazırda oxunan: Elmar Qasımov İslamiadada finala yüksəldi

88869

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmanşı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.

Report.az-ın məlumatına görə, 81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb.

100-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bürünc medal uğrunda görüşə çıxacaq.

1/4 finalda məğlub olan qadın cüdoçular - Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO