Avropa Çempionatında basketbol millimizin rəqibləri müəyyənləşdi

Avropa Çempionatında basketbol millimizin rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Avropa Çempionatında basketbol millimizin rəqibləri müəyyənləşdi

88025

Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3x3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız "D" qrupunda mübarizə aparacaq. 

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq.

Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq. 
Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO