İki sərbəst güləşçimiz İslamiadanın YARIMFİNALINDA

İki sərbəst güləşçimiz İslamiadanın YARIMFİNALINDA

Hazırda oxunan: İki sərbəst güləşçimiz İslamiadanın YARIMFİNALINDA

87879

Daha iki güləşçimiz V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Abubakr Abakarov ilk görüşdə Özbəkistan təmsilçisi Azizbek Fayzullayevi 11:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Digər güləşçimiz Turan Bayramov (74 kq) isə İxtiyor Navruzovdan üstün olub (8:0) və yarımfinala adlayıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO