“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında II turun “Sumqayıt”la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Report.az-ın məlumatına görə, o bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.
“Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq”, - deyə Qurbanov əlavə edib.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la oyununu avqustun 13-də “Kapital Bank Arena”da keçirəcək. Matç saat 18:20-də başlanacaq.
“Viktoriya” ilə qarşılaşmalar isə 16 avqustda evdə, 23 avqustda səfərdə olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:56 / 10.08.2022
“Qarabağ”ın Premyer Liqadakı oyunu təxirə salınacaq? - Qurbanovdan AÇIQLAMA
Hazırda oxunan: “Qarabağ”ın Premyer Liqadakı oyunu təxirə salınacaq? - Qurbanovdan AÇIQLAMA
Hazırda oxunan: “Qarabağ”ın Premyer Liqadakı oyunu təxirə salınacaq? - Qurbanovdan AÇIQLAMA
87829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.