"Qarabağ" Çempionlar Liqasında PLEY-OFFA YÜKSƏLDİ - VİDEO

Hazırda oxunan: "Qarabağ" Çempionlar Liqasında PLEY-OFFA YÜKSƏLDİ - VİDEO

87796

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Bizim.Media xəbərverir ki, Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Macarıstanın “Ferentsvaroş" klubu ilə qarşılaşıb.

Bakıdakı ilk oyunda 1:1 hesabı ilə  heç-heçə edən "Qarabağ" cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda  “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO