Taekvondo üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarda mübarizəyə başlayıb. Yarışın ilk günü komandamız üçün uğurlu alınıb.
Bizim.Media xəbər verir ki, millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub.
Belə ki, 58 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb.
O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Q.Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb. Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan təmsilçimiz məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, taekvondo komandamızın aktivinə yazılan ilk mükafat olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:35 / 09.08.2022
Taekvondoçumuz İslamiadada bürünc medal qazandı
Hazırda oxunan: Taekvondoçumuz İslamiadada bürünc medal qazandı
Hazırda oxunan: Taekvondoçumuz İslamiadada bürünc medal qazandı
87760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.