"Neftçi"nin qapıçısının burnu sındı

Hazırda oxunan: "Neftçi"nin qapıçısının burnu sındı

87406

"Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

Rumıniyalı mütəxəssis bildirib ki, 33 yaşlı qolkperin durumuna müayinədən sonra aydınlıq gələcək: "Oyundan sonra onu gördüm. Burnu şişmişdi. İlkin təəssürat odur ki, sınıb. Çünki yaxşı görünmürdü".

Qeyd edək ki, Aqil Məmmədov 63-cü dəqiqədə komanda yoldaşı ilə toqquşmadan sonra zədələnərək, Əlirza Müştəbazadə ilə əvəzlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO