Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.
Bizim.Media xəbər verir ki, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Hindistan-2 - Azərbaycan
Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov
Nixal Sarin - Rauf Məmmədov
Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli
Raunak Sadvani - Nicat Abbasov
Qadınlar
Azərbaycan - Monqolustan
Günay Məmmədzadə - Enhtul Altan-Ulzi
Xanım Balacayeva - Bayarjarqal Bayarmaa
Gövhər Beydullayeva - Turmunk Munheul
Gülnar Məmmədova - Bat-Erdene Munquneul
Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:05 / 07.08.2022
Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcək
Hazırda oxunan: Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcək
Hazırda oxunan: Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcək
87362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.