"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün ucuz biletlərin hamısı satıldı

Hazırda oxunan: "Qarabağ" - "Ferentsvaroş" oyunu üçün ucuz biletlərin hamısı satıldı

86455

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək ilk oyun üçün ucuz biletlərin hamısı satılıb.

Bizim.Media xəbər verir ki, iyulun 31-də elan edilmiş bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb.

Qeyd edək ki, "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO