Mahir Emreli bu matça da ÇIXMAYACAQ

Mahir Emreli bu matça da ÇIXMAYACAQ

Hazırda oxunan: Mahir Emreli bu matça da ÇIXMAYACAQ

84988

Azərbaycan millisinin "Dinamo"da oynayan üzvü Mahir Emreli Zaqreb təmsilçisinin Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək "Slaven Belupo" ilə matçını da buraxacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Cacic danışıb.

O bildirib ki, Yosip Sutal, Kevin Teofil-Katerin ilə yanaşı, Mahir Emreli, Marko Bulat və Bosko Sutalo zədə səbəbindən oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" ilə (Şimali Makedoniya) ilk oyunu (2:2) da buraxmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO