Qurban Qurbanovdan qələbə ŞƏRHİ

Qurban Qurbanovdan qələbə ŞƏRHİ

Hazırda oxunan: Qurban Qurbanovdan qələbə ŞƏRHİ

84524

“Hər bir halda futbolçularıma təşəkkür edirəm. Meydanda çox əziyyət çəkdilər. Dinamik bir komandaya qarşı oynayırdıq. Səfərdəki oyunda daha yaxşı çıxış etməyə çalışmalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə 3:2 hesabı ilə qalib gəldikləri ilk oyununu dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən grüşdən sonra "CBC Sport"a açıqlamasında İsveçrəyə də qalib gəlmək üçün gedəcəklərini bildirib: 

“Qarşıda bir neçə günümüz olacaq. Səfərdə oynayacağımıza baxmayaraq, bundan da yaxşı oyun sərgiləməyə çalışacağıq. Rəqibin böyük təcrübəsi var. İlk hissədə də gördük ki, sürətli komandadır. Buna baxmayaraq, oyunu ələ aldıq. Bir qolu standart vəziyyətdən buraxdıq, digərini də özümüz etdik. Futbol səhvlər üzərində qurulub. Yenə də dediyim kimi, səfərə qalib gəlmək üçün gedəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO