2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb.
Baş məşqçi Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər.
“Qəbələ” sabah səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq. Ardınca komanda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:20 / 19.07.2022
"Qəbələ" bu gün Macarıstana gedir - “Fehervar”la ilk oyun
Hazırda oxunan: "Qəbələ" bu gün Macarıstana gedir - “Fehervar”la ilk oyun
Hazırda oxunan: "Qəbələ" bu gün Macarıstana gedir - “Fehervar”la ilk oyun
84341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.