İyulun 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Qran Pri üçün cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, üç gün davam edəcək yarışa 14 tatami ustası qatılacaq.
Kişilərin mübarizəsinə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) qatılacaq.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) çıxış edəcək.
Onlar performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Qran-priyə 69 ölkədən 520 idmançı qatılacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:04 / 14.07.2022
14 cüdoçumuz Qran-pridə çıxış edəcək - FOTO
Hazırda oxunan: 14 cüdoçumuz Qran-pridə çıxış edəcək - FOTO
Hazırda oxunan: 14 cüdoçumuz Qran-pridə çıxış edəcək - FOTO
83676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.