Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunun tarixi və başlama saatı dəqiqləşib.
Bizim.Media Ağdam klubuna istinadən xəbər verir ki, birinci matç iyulun 19-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.
Cavab görüşü isə iyulun 27-də İsveçrədə olacaq.
Qeyd edək ki, hələlik UEFA-nın rəsmi saytı bu matçların tarixini və saatını açıqlamayıb.
Bizim.Media