“Əziz Şuşa” beynəlxalq turniri başlayır - 10 ölkədən 80-dək velosipedçi gəlib

“Əziz Şuşa” beynəlxalq turniri başlayır - 10 ölkədən 80-dək velosipedçi gəlib

Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq turniri başlayır - 10 ölkədən 80-dək velosipedçi gəlib

82682

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Əziz Şuşa” adlı beynəlxalq turnirində 10 ölkədən ümumilikdə 80-dək idmançı mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, iyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu raundda velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar.

İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısına yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.

Turnir Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO