Bu gün Avropa Oyunlarında taekvando üzrə yarışlar davam edir. Moderator.az xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycanı 1 qadın, 1 kişi olmaqla iki idmançı təmsil edəcək.
80 kqda komandamızın üzvü Beiqi Harçeqani Feyziç Damirlə üz-üzə gələcək. Bu qarşılaşma 10:45-də start götürəcək.
Qadınların yarışında 67 kq çəki dərəcəsində Fəridə Əzizova hollandiyalı Van Bareen Joyce ilə üz-üzə gələcək. Görüş saat 10:30-da başlayacaq.
***
Fəridə Əzizova rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.
***
Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Fejzicə 12-0 qalib gələrək növbəti mərhələyə çıxıb.
***
Beiqi Harçeqani 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələcək.
Əzizova 1/4 finalda türkiyəli Nur Tatarla döyüşəcək. Qarşılaşma 15:30-da başlayacaq.
***
Fəridə türkiyəli idmançıya qarşı mübarizəyə başladı. Hesab 3-2 idmançımızın xeyrinədir.
































































































