Cüdoçumuz açıq Avropa turnirində qızıl medal qazandı

Cüdoçumuz açıq Avropa turnirində qızıl medal qazandı

Hazırda oxunan: Cüdoçumuz açıq Avropa turnirində qızıl medal qazandı

82093

Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında keçirilən açıq Avropa turnirində daha bir cüdoçumuz uğurla çıxış edərək qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, kişilər arasında mübarizə aparan Murad Fətiyev (90 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi adına sahib olub.

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) bürünc medallara yiyələniblər.

Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunur. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO