“Araz-Naxçıvan” yeni baş məşqçi ilə müqavilə imzaladı - FOTO

“Araz-Naxçıvan” yeni baş məşqçi ilə müqavilə imzaladı - FOTO

Hazırda oxunan: “Araz-Naxçıvan” yeni baş məşqçi ilə müqavilə imzaladı - FOTO

79889

“Naxçıvan Saray” otelində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yeni baş məşqçisi Azər Bağırovun və klubun futbol akademiyasının direktoru Adil Şükürovun təqdimatı olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan”ın 55 illik yubileyində verdikləri dəstəyə görə bəzi dövlət qurumları xüsusi plaketlərlə təltif olunub.

Mükafatları klubun idarə heyətinin üzvləri Hümbət Qəhrəmanov və Tural Hüseynəliyev təqdim ediblər.

Sonra çıxış edən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev məşqçiləri qonaqlara təqdim edib, onlar barədə ətraflı məlumat verib.

Qarşıdakı mövsümdə Azərbaycanın Birinci Divizionunda mübarizə aparacaq “Araz-Naxçıvan” klubu yeni baş məşqçi Azər Bağırovla 3 illik müqavilə imzalayıb. Azər Bağırov növbəti mövsümdə Naxçıvan təmsilçisinin əsas məqsədinin çempionluq olduğunu vurğulayıb. 

“Araz-Naxçıvan” futbol akademiyasının yeni direktoru Adil Şükürovla klub arasında da 3 illik müqavilə imzalanıb.

Azər Bağırov və Adil Şükürovun məşqçilərlə görüşü keçirilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hər iki məşqçi PRO kateqoriyalı məşqçidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO