Türkiyə millisi Millətlər Liqasında növbəti qələbəsini qazandı

Türkiyə millisi Millətlər Liqasında növbəti qələbəsini qazandı

Hazırda oxunan: Türkiyə millisi Millətlər Liqasında növbəti qələbəsini qazandı

79305

İyunun 14-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü turun sonuncu görüşləri keçirilib.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 12 qarşılaşma təşkil olunub.

A Liqasının 3-cü qrupunda Almaniya millisi İtaliyanı 5:2 hesabı ilə məğlub edib. İngiltərə Macarıstana 0:4 hesabı ilə uduzub. C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə Litvaya qalib gəlib - 2:0.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

A Liqası

3-cü qrup

Almaniya - İtaliya - 5:2

İngiltərə - Macarıstan - 0:4

Xal durumu: Macarıstan – 7, Almaniya - 6, İtaliya – 5, İngiltərə - 2

4-cü qrup

Polşa - Belçika - 0:1

Niderland - Uels - 3:2

Xal durumu: Niderland – 10, Belçika – 7, Polşa – 4, Uels – 1.

B Liqası

1-ci qrup

Ermənistan - Şotlandiya - 1:4

Ukrayna - İrlandiya - 1:1

Xal durumu: Ukrayna - 7 (3 oyuna), Şotlandiya - 6 (3 oyuna), İrlandiya – 4 (4), Ermənistan – 3. (4)

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina - Finlandiya - 3:2

Rumıniya - Monteneqro - 0:3

Xal durumu: Bosniya və Herseqovina – 8, Monteneqro – 7, Finlandiya – 4, Rumıniya – 3.

C Liqası

1-ci qrup

Türkiyə - Litva - 2:0

Lüksemburq - Farer Adaları - 2:2

Xal durumu: Türkiyə - 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0.

D Liqası

1-ci qrup

Moldova - Andorra - 2:1

Lixtenşteyn - Latviya - 0:2

Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn – 0.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO