Futbolda DƏYİŞİKLİK – Bu qaydalar təsdiqləndi

Futbolda DƏYİŞİKLİK – Bu qaydalar təsdiqləndi

Hazırda oxunan: Futbolda DƏYİŞİKLİK – Bu qaydalar təsdiqləndi

79051

Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb. 

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib. 

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO