Abramoviç “Çelsi”ni satmasından danışdı

Abramoviç “Çelsi”ni satmasından danışdı

Hazırda oxunan: Abramoviç “Çelsi”ni satmasından danışdı

76680

Rusiyalı milyarder Roman Abramoviç "Çelsi"nin Todd Boulinin konsorsiumuna satılması barədə danışıb.

Bizim.Media xəbər verir ki, o, klubun saytına açıqlamasında bir sırqa maraqlı məqamlara toxunub.

“Çelsi”ni satmaq niyyətimi bildirdiyimdən üç aya yaxın vaxt keçib. Bu müddət ərzində düzgün sahibi tapmaq üçün səylə çalışdıq. Bu kluba sahib olmaq çox məsuliyyət daşıyır. Demək olar ki, 20 il əvvəl “Çelsi”yə gəldiyim vaxtdan klubun nəyə nail ola biləcəyini birbaşa görmüşəm.

Mənim məqsədim növbəti sahibin kişi və qadın komandalarının uğurunu təmin edəcək düşüncə tərzinə malik olması, o cümlədən klubun digər əsas aspektlərini, məsələn, akademiya və onun həyati fəaliyyətini inkişaf etdirməyə davam etmək istəyi və həvəsi idi.

Şadam ki, bu axtarış uğurla nəticələnib. “Çelsi”ni yeni sahiblərinə təslim edərkən, onlara həm meydanda, həm də meydandan kənarda uğurlar arzulayıram. Bu klubun üzvü olmaq ömürlük şərəfdir. Bütün keçmiş və indiki oyunçulara, heyətə və əlbəttə ki, azarkeşlərə təşəkkür edirəm. Mən fəxr edirəm ki, bizim birgə uğurlarımız nəticəsində milyonlarla insan yeni xeyriyyə fondundan faydalanacaq. Bu, bizim birlikdə yaratdığımız mirasdır. Təşəkkür edirəm”.

Qeyd edək ki, 2 gün sonra "Çelsi"nin satışı üçün rəsmi müqavilə imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO