Elxan Məmmədov Ukraynaya səfər etdi:

Elxan Məmmədov Ukraynaya səfər etdi: "Təslim olmadığınız üçün sağ olun"

Hazırda oxunan: Elxan Məmmədov Ukraynaya səfər etdi: "Təslim olmadığınız üçün sağ olun"

76384

"Əlbəttə ki, FİFA-nın Ukraynada olması indi çox vacibdir. Çünki biz ilk növbədə futbolu təbliğ edən təşkilatıq. Mən çox şadam ki, bu gün Ukraynanın paytaxtı Kiyevdəyəm".

Bizim.Media xəbər verir ki, bu sözləri FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfəri zamanı deyib.

Yerli futbol assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko və baş katibi Yuri Zapisotski, həmçinin, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşən Məmmədov qeyd edib:

"Kiyevə və ölkənin bir çox başqa şəhərlərinə aktiv həyat qayıdır. Ukrayna Futbol Assosiasiyasının komandasının aktiv şəkildə fəaliyyətini davam etdirməsi çox sevindiricidir. Ukrayna futbolu nümunəvidir.  Çünki milli komandanız tərəfindən U-20 dünya çempionu olmaq böyük nailiyyətdir. Ukrayna futbolunun tezliklə dirçəlməsini arzu edirik!

FİFA nümayəndəsi onu da bildirib ki, təmsil etdiyi qurum hazırda xaricdə olan ukraynalı futbolçu və hakimləri diqqətlə izləyir və onlara kömək etməyə çalışır:

"Artıq 90 gündür ki, FİFA, UEFA və bir çox milli assosiasiyalar Ukrayna xalqını fəal şəkildə dəstəkləyir və biz Ukraynaya kömək etməkdə davam edirik. Sizə sülh və Ukraynada futbolun tezliklə dirçəlməsini arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO